Putinlə Ərdoğan çar və sultana çox oxşayır…

Putinlə Ərdoğan çar və sultana çox oxşayır…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə çevriliş cəhdindən sonra, Moskva və Ankara aralarındakı əlaqələri daha da yaxşılaşdırmaq istəyirlər. Ankara, getdikcə xarici siyasətdəki çəkisini itirir.

“A24.az” bildirir ki,bugünlərdə Türkiyədə həbs olunanlar içərisində iki pilot da var. Güman edilir ki, Türkiyə-Suriya sərhəddində Rusiya bombardmançı təyyarəsini 2015-ci ilin noyabrında məhz onlar vurublar. Rəsmi olaraq, Ankara həmin pilotları uğusuzluqla nəticələnmiş çevriliş cəhdində iştirakda ittiham edir. Türkiyədəki qarmaqarışıq “təmizləmə” əməliyyatında faktların necə tapılması haqqında narahat olmağa dəyməz. Prezident Rəcəb Tayyib Ərdoğan rəqiblərini sıradan çıxarır və eyni zamanda da, Rusiya-Türkiyə münasibətlərindəki parçalanmanı düzəltməyə ümid bəsləyir. Bu cəhdləri Moskvada xoş qarşılayıblar. İndi yəqin ki, Ərdoğan çox suallar verməyən müttəfiqlərə böyük ehtiyac duyur. Moskva və Ankara arasındakı münasibətlərdə böhran yaşanan zaman, bu cür jestlər böyük əhəmiyyət kəsb edirdi.

Son aylar Türkiyə və Rusiya münasibətlərində baş verən qəribə dəyişmələr, dünya ölkələri arasındakı ikili münasibətlərdə yaşanan nadir hadisələrdəndir. Tarixi münaqişələri olan bu iki dövlətin güclü liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin dostdan düşmənə çevrilmişdilər. Çevrilişə cəhddən sonra, dostluq münasibətlərinin əlamətləri yenidən meydana çıxıb, lakin bunun nə qədər uzun çəkəcəyi isə hələlik bəlli deyil.

Xüsusən də Rusiya tərəfindən qəflətən yaxınlaşma çox qəribə görünür. Çünki son bir neçə ayda Rusiya KİV-lərində Ərdoğanı, nə edəcəyi bəlli olmayan qorxunc Osmanlı sultanı kimi təsvir etməklə yanaşı, onun öz ölkəsini islamlaşdırmaq istəməsi, kürdləri əzməsi və İŞİD-i dəstəkləməsindən danışılırdı. Rusiya televiziyası vətəndaşlara, Moskvanın Ankara ilə təcili müharibə cığırına girməsinin vacibliyini və eləcə də, bu ölkəyə istirahətə getməməyi, meyvə idxalına nə üçün qadağa qoyulmasını əsaslandırmaqla məşğul idi.

Rusiya və Türkiyə Suriyada müxtəlif cəbhələrdə təsir dairəsi uğrunda mübarizə aparıblar. Bundan əlavə Rusiya qırıcısı vurulduqdan sonra,ölkələr arasında birbaşa qarşıdurma yarandı və gərgin mübarizədən sonra Ərdoğanın Moskvanın tələb etdiyi üzrün istənilməsindən sonra, söz haqqı Kremlə keçdi.

Təəccüblüdür ki, iki ölkə arasındakı barışıq, İstanbul aeroportunda terror aktı baş verdiyi həftədə olub. Bunun ardından isə Rusiya öz turistlərini boşalmış Türkiyə çımərliklərinə yollamağa söz verib. Lakin təhlükəsizlik baxımından turistlərin axınını hələllik dayandırıblar. Moskva tərəfdaş axtarışı məsələsində yenidən terrorizm uğrunda mübarizəyə üstünlük verir. Bu dəfə Ankara ona diqqətlə qulaq asmağa hazırdır.

– Konstitusiyaya nisbi sadiqlik

Avropalı liderlər həmrəylik barəsində bəyanatlar verərək, kənarda durduqları vaxtda, Putin açıq şəkildə antikonstitusiya hərəkətlərinin yolverilməz olduğunu bildirərək, Ərdoğanı müdafiə edəcəyinə söz verən ilk dövlət başçısı oldu. Avropa Ankaradan hüququn aliliyini tələb etdiyi bir vaxtda, Moskva susur. Moskva özünü istənilən “rejim dəyişikliyinin” düşməni hesab edir. Avropanın yığcam kursundan fərqli, Moskva konistitusiyanın qorunması tərəfdarıdır və bu cür yanaşma məntiqsiz deyil. Çox böyük ehtimalla, bütün bunların arxasında Rusiya Federasiyasının dağılması qorxusu dayanır. Xarici siyasətdə bu cür mövqe, müxtəlif səpgili “rəngli” inqilabların əleyhinə bir arqument kimi istifadə olunur. Lakin istisna hallarda öz fəlsəfəsi Moskvaya, Krımın ilhaqı kimi hadisələrdə beynəlxalq sərhədləri pozmağa mane olmayıb. O zaman bu hala qarşı Ərdoğan öz etirazını bildirmişdi.

Sentyabrın əvvəlində iki prezident Pekində keçiriləcək G20 sammitində görüşəcəklər. Türkiyəli həmkarının “yenidənqurma” və iqtisadi problemlərlə inanılmaz dərəcədə məşğul olması Putinə sərf edir. Türkiyə prezidenti, özünün regional siyasi ambisiyalarını saxlayıb. Suriyada Rusiya həm hərbi güc kimi, həm də beynəlxalq vasitəçi kimi müvəffəqiyyət qazanıb. Praqmatik nöqteyi-nəzərdən, hal-hazırda dondurulmuş müştərək layihələrin bərpa edilməsinə imkan var.

Ərdoğanın türk xalqının köməyi ilə nəyə nail olması Putinə maraqlı deyil. Axı, onun özü də, Rusiyanın daxili işlərinə istənilən müdaxiləni qadağan edir. Ölkə daxilindəki represiyalara gəldikdə isə, bu, müxtəlif səpgili avtokratların bir-birlərinə bənzədikləri xüsusiyyətlərdəndir. Ona görə də, Putin və Ərdoğan doğrudan da tarixi sələfləri çar və sultana çox oxşayırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar