Putinlə Trampın söhbəti o qədər uzandı ki, Melaniya əsəbiləşdi otağa girdi, görüşə müdaxilə etdi

Putinlə Trampın söhbəti o qədər uzandı ki, Melaniya əsəbiləşdi otağa girdi, görüşə müdaxilə etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyanın Hamburq şəhərində G20 sammiti davam edir.

Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump arasındakı görüş keçirilib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün uzanması ABŞ prezidentinin xanımı Melania Trampın səbrini daşırıb. Prezidentlər arasında müzakirələr davam etdiyi anda o, otağa daxil olaraq söhbətə müdaxilə etməyə çalışıb.

ABŞ Dövlət Katibi Reks Tillerson bildirib ki, iki liderin müzakirə edəcəyi çox məsələ var idi. ABŞ-ın birinci xanımı görüşün sonlandırılması üçün onları razı salmağa çalışdı, amma bacarmadı:

“Qarşılıqlı maraq və fikir mübadiləsi elə bir səviyyəyə çatdı ki, liderlərdən heç kim dayanmaq istəmədi. İnsanlar otağın qapısını açıb içəri baxırdı. Hətta sonra Birinci xanımı də göndərdilər, bizi oradan çıxara bilərmi deyə görmək istədilər”.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar