"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqləndi

“Qaçqınkom” kollegiyasının yeni tərkibi təsdiqləndi
Want create site? Find Free WordPress Themes and plugins.

Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

A24.Az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiyanın sədri, Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov isə üzvləri təyin olunublar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar