Qadağalar şəhərində daha bir CƏZA: Axşam saat 7-dən sonra...

Qadağalar şəhərində daha bir CƏZA: Axşam saat 7-dən sonra…
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın kanalları ilə məşhur olan Venedik şəhəri içki qadağasına hazırlaşır. Yeni planlanan qanun layihəsinə görə axşam saat 7-dən sonra içki şüşəsini sellofanda daşıyan belə cəzalanacaq.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Venedik şəhəri cəza və qadağaları ilə hər zaman gündəm olur. Belə ki, Venedikdə kanallarda və ya digər su yollarında üzmək, suya tullanmaq, küçədə çimərlik geyimində və ya köynəksiz gəzmək, quşlara yem vermək, hətta velosipedə minmək belə qadağandır və bunu edənlər dərhal cəzalandırılır. Artıq bu cəzaların sırasına daha biri də əlavə olunur.

Şərab mədəniyyətinin yüksək olduğu Venedikdə axşam saat 7-dən sonra spirtli içkinin əldə və ya sellofanda daşınmasının qadağan edilməsi gündəmdədir. Səbəb Venedikdə gələn turistləri nəzarət altında saxlaya bilməkdir. Gündəmə gətirilən qanun layihəsi artıq müzakirəyə çıxarılıb.

Odur ki, Venedikdə gedən tursitlər bilməlidir ki, axşam saat 19:00-dan sonra alış-veriş torbalarının içində belə olsa spirtli içki daşısalar cəzalandırılacaqlar. Polislər isə alış-veriş etdikdən sonra evlərinə geri qayıdan venedikliləri deyil, sərxoş turistləri hədəf alacaqlarını bildiriblər.

İtaliyanın “Ansa” xəbər agentliyinin yaydığı xəbərə görə, gələn ay qəbul ediləcək qanun layihəsində nəzərdə tutulan cəza 500 avro məbləğindədir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar