Qadın ərini siçan zəhəri ilə öldürdü - Qətlin tükürpədən təfərrüatları - VİDEO - FOTOLAR

Qadın ərini siçan zəhəri ilə öldürdü – Qətlin tükürpədən təfərrüatları – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada 28 yaşlı Yekaterina Puzikova adlı qadın ona xəyanət edən həyat yoldaşını rus KQB agentlərinin istifadə etdiyi siçan zəhəri ilə öldürüb.

 A24.Az Publika.az-a istinadən xəbər verir ki, qadın zəhəri həyat yoldaşının yeməyinə qatıb.

Banker kimi fəaliyyət göstərən Dmitri həyat yoldaşından kartof püresi gətirməsini rica edib. Yekaterina isə siçan zəhəri qatıdığı yeməyi tərəddüd etmədən masaya gətirib. Həmin gün axşam yeməyinə dəvət edilən qonaqlar da zəhərli yeməkdən yeyib. Qonaqlardan biri zəhərin təsiri ilə infarkt keçirib. Digər iki qonaq isə sadəcə zəhərlənib.

Yekaterinaya qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Məhkəmə qarşısına çıxarılan qadının vəkili Yekaterinanın Rusiyada soyuq müharibə dövründə istifadə edilən zəhəri tapmasının mümkünsüz olduğunu müdafiə etsə də, müttəhim 9 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, sözügedən zəhər növü rus KQB agentləri tərəfindən ölkədən qaçan agentləri öldürmək üçün istifadə edilib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar