Qadından telefon oğurlayanı serjant yaxaladı-Foto

Qadından telefon oğurlayanı serjant yaxaladı-Foto
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Nizami rayonunda soyğunçuluq olub.

A24.az xəbər verir ki, rayonun Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Zərərçəkən hadisə barədə Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün əməkdaşlarına məlumat verib.

Polis serjantı Orxan Ağcayev cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisə yerindən 300-400 metr kənarda tuta bilib.

Saxlanılan şəxs ərazi üzrə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə təhvil verilib. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar