Qadınlar diqqət! Dünyanın ən məşhur modelləri nə ilə formada qalır? - Fotolar

Qadınlar diqqət! Dünyanın ən məşhur modelləri nə ilə formada qalır? – Fotolar
Want create site? Find Free WordPress Themes and plugins.

Qadınların əksəriyyəti məşhur ulduzlar kimi incə görünmək, tam formada qalmaq üçün nələri etmirlər.  Məşhurlardan bəziləri üzməklə, bəziləri yoqa ilə məşğul olaraq fit görkəmdə qalmağa nail ola bilir.

A24.Az  dünyanın məşhur qadınlarının fit qalmaq üçün nələrlə məşğul olduğunu təqdim edir:

Dünyanın ən gözəl qadınlarından  olan  Bleyk Layvli fiziki görkəmini üzməyə borcludur.

blake-lively-uses-swimming-and-kettle-bells-to-stay-in-amazing-shape.jpg

Məşhur model Heidi Klamın hər gün məşq etməyə vaxtı yoxdur.  O bunun əvəzinə uşaqları ilə əylənir. 4 uşağı olan model onlarla velosiped sürür, ailəvi dağ yürüşlərinə çıxır  və tramplində tullanır.

heidi-klum-just-plays-with-her-kids

Son filmi ilə güclü qadınların simvoluna çevrilən İsrailli aktrisa Gal Gadot fiziki görkəmini boksa borcludur. “Wonder Woman”olmaq asan iş deyil.

t-gal-gadot-spotlight-miguel-reveriego-vf-02

Məşhur aktyor və müğənni Li Mişele formanı qorumaq üçün Malibuda 4 gün davam edən məşq proqramına qatılıb. Bu düşərgədə uzun dağ yürüşlərində iştirak edib. Vegeteriandır və müəyyən idman hərəkətləri edir.

lea-michele-mandy-moore-and-more-celebs-swear-by-a-pricey-grueling-fitness-boot-camp-in-malibu

İndilərdə əkiz uşaqlarına hamilə olan müğənni Beyons turneyə çıxmazdan əvvəl sıx məşq proqramı həyata keçirir və müxtəlif növ məşqlər edir. Bunların arasında  qaçış və ağırlıq qaldırma kimi məşqlər var.

beyonc-worked-out-crazy-hard-for-her-formation-tour-in-2016

Müğənni Ellie Goulding müntəzəm olaraq Londondakı “Skinny Bitch Collective” idman mərkəzinə gedir,  sadə və mürəkkəb məşqlər edir.

singer-ellie-goulding-takes-classes-at-a-gym-known-as-the-skinny-bitch-collective

1998-ci ildə Oprah Vinfreyin proqramına qonaq olan Madonna idman salonlarından sıxıldığını deyib.   Ona görə də uzun illərdir yoqa ilə məşğul olur.

madonna-has-been-doing-yoga-since-before-it-was-trendy

Möhtəşəm görünüşə sahib olan Victorias Secret modeli Adriana Lima xüsusi studiyada olduqca çətin olan crossfit-ə oxşar məşqlər edir.

victorias-secret-models-like-adriana-lima-love-the-classes-at-aerospace-a-nyc-based-gym-founded-by-a-boxer-and-a-ballerina

Məşhur model Gigi Hədid həm güclü olmaq, həm də stress atmaq üçün boksla məşğul olur.

gigi-hadids-sculpted-arms-come-from-lots-of-boxing

Suicide Squad filmindəki Harley Quinn rolunda ecazkar fiziki görünüşü ilə  diqqət çəkən Margot Robbie pilateslə məşğul olur və tramplində tullanır.

harley_quinn__0

Erotik hərəkətləri ilə Keyt Apton “bear crawl”  ağırlıq qaldıraraq yer hərəkətləri edir.

sports-illustrated-swimsuit-covergirl-kate-upton-can-pull-300-pounds-in-a-move-called-the-bear-crawl

Sağlam yaşamağa çalışması ilə tanınan məşhur aktyor Gyines Paltrou məşhur fitness mütəxəssisi Trasi Anderson ilə işləyir (Anderson Lena Dunham və Cennifer Lopez kimi məşhurların da təlimçisidir). Məşhur aktyor təlimçi ilə birlikdə rəqs və kardiyo qarışığı həm əyləncəli həm də intensiv məşqlər proqramını həyata keçirir.

gwyneth-paltrow-is-a-devotee-of-fitness-guru-tracy-anderson

Gənc görünüşü ilə insanları özünə heyran edən Kamerun Diaz formansını tempə və qaçışa borcludur.

cameron-diaz-uses-intervals-to-sweat-like-a-fire-hydrant-that-just-got-busted-open

Çəkisi ilə barışan, hər kəsin öz bədənini sevməsini məsləhət verən  model Graham formasını qorumaq üçün müntəzəm olaraq məşq edir.

ashley-graham-smacks-a-tire-with-a-sledgehammer-really

Vüsalə, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar