Qadınlar, diqqətli olun! 7 hərəkətiniz münasibətlərə son qoya bilər - SİYAHI - FOTOLAR

Qadınlar, diqqətli olun! 7  hərəkətiniz münasibətlərə son qoya bilər – SİYAHI – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

İkili münasibətlərdə nəsə düz alınmayanda hər kəs qarşısındakı insanı günahlandırır.  Amma ortadakı problemin iki dinləyicisi varsa, səbəbini də iki tərəfli fikirləşmək lazımdır. Bəlkə də günahkar sənsən. Bunu anlamaq üçün bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.

A24.Az əlaqələri dönüşü olmayan yola aparan 7 işarəti təqdim edir:

 Telefona həddən artıq bağlılıq

Boş vaxtınızın çoxunu ağıllı telefonla keçirirsinizsə, deməli problem qapınızı döyməkdədir. Arizona Universitetində alimlər  bunu asılılıq kimi qiymətləndirirlər.  İnternetdə keçirdiyiniz vaxta nəzarət edin və kitab oxumaq kimi başqa işlərlə məşğul olun.

Prioritetlərinizi müəyyən edə bilmirsinizsə

Əgər çox işləyirsinizsə və ikinizə ayıracağınız vaxt məhduddursa, vaxtınızı xüsusi olaraq planlamalısınız.  Münasibətlərdə tükənən romantizmi xilas etmək üçün 2/2/2 metodunu sınaqdan keçirin. Sevdiyinizlə hər iki həftədən bir görüşün, 2 aydan bir həftə sonunda səyahətə çıxın və 2 ildən bir tətilə çıxmağı sınayın.

 Kifayət qədər dəstək olmamaq

Sadəcə olaraq “Təşəkkür edirəm” ifadəsi çox şeyi dəyişə bilər.  Bunu lazımsız addım kimi qiymətləndirməyin. Hər kəsin gözəl sözlərə ehtiyacı var. Ona görə də,  adi bir şey olsabelə həyat yoldaşınıza təşəkkür etməyi unutmayın.

Rəsmi və soyuq söhbətlər

Sevənlər  bir-biri ilə açıq və səmimi danışırlar. Hisslərinizi və günün detallarını həyat yoldaşınızla bölüşün və bir-birinizə qulaq asın. Həyat yoldaşınızla bağlı sizi narahat edən bir şey varsa, bunu mühakimə etmədən və qınamadan deyin.

Daim qəzəbli olmaq

Sevdiklərinizi dəyişdirməyə çalışmayın. Onların özlərinə məxsus xüsusiyyətləri var və siz onu elə sevmisiniz. Əgər istəmədiyiniz bir hərəkəti edərsə, nəticələrini özünün görməsini təmin edin. Etdiyi əməllərin nəticəsini özü də görərsə daha yaxşı olacaq.

Fikir mübadiləsi aparmaq

Problemləri birlikdə həll etməyə çalışın. Dava-dalaş etmədən problemi müzakirə etməyə çalışın. Problem dərinləşmədən müzakirəyə hazırlaşın. Vacib fikir səsləndirdikdə həyat yoldaşınıza toxunaraq onun rahatlanmasına kömək edin.  Əgər münaqişə daha da qızışarsa həmin yeri bir müddət tərk edin. O, saakitləşəndən sonra danışmağa davam edin.

Bir-birinizə etibar etməmək

Səmimi və isti münasibət istəyirsinizsə, sevdiyiniz insanın sizə qarşı dürüst olduğuna inanmağı öyrənin. Davamlı olaraq hesabat istəməyin, telefon və elektron poçtlarına baxmayın. Yaxşı şeylər haqqında düşünün.

Vüsalə, A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar