Qadınlar tək qalanda nə ilə məşğul olurlar? - FOTOLAR

Qadınlar tək qalanda nə ilə məşğul olurlar? – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Hər kəsin bəzən tək qalmağa ehtiyacı var. İş-güc, ev-eşik,  uşaq-böyük,  qohum-əqrəba bütün bunlar zaman-zaman bir qadının yorulmasına, həyatdan zövq almamasına gətirib çıxarda bilir. Ona görə də bir qadının evdə tək qalanda nələr edə biləcəyini təxmin etmək elə də çətin deyil.

A24.Az  qadınların tək qaldıqları zaman nələr edə biləcəyini təqdim edir:

İstədikləri qədər yemək yemək

Hər dəfə şokoladı doyunca yemək alınmır. Evdə tək qalanda qadınların istəyinə heç nə mane ola bilmir.  Ürəkləri istədikləri qədər yeyirlər.

Mənasız televiziya proqramlarını izləmək

Картинки по запросу kadın tv seyreder

Hər bir qadın divana istədiyi kimi uzanaraq  baxmağa vaxt tapmadığı, bəzən də tənqid etdiyi mənasız televiziya proqramlarını izləmək istəyər. Bu qısa vaxt əylənmək üçün bir vasitədir.

Musiqi dinləmək, mahnı oxumaq və doyunca rəqs etmək

Evdə heç kəs olmayanda qadınlar musiqinin səsini yuxarı qaldırmaq, doyunca rəqs etmək və oxumaq istəyirlər. Bu ən sevimli məşğuliyyətlərdən biridir.

Duş qəbul etmək

Картинки по запросу banyo yapmak kadın

İstədiyiniz kimi bol köpüklü duş qəbul etmək,  vücudu dinləndirmək,  üz dərisi və bədən üçün maska çəkmək. Buna yox deyən qadını tapmaq olmaz.

Oxumağa vaxt tapmadıqları jurnal və ya kitabları oxumaq

Rahat bir yataqda uzanaraq istədikləri romanıə yarımçıq qoymadan bir nəfəsə oxumağı kim istəməz ki? Bir neçə səhifədən sonra yatmaq ehtimalı da var.

Tək oturaraq səssizliyin dadını çıxartmaq

Xüsusilə uşaqlı qadınlar üçün səssizlikdə oturub çay içmək göydən düşmə fürsətdir. Çoxları üçün bu adi gələ bilər. Amma qadınlar üçün səssiz və təmiz evdə oturmaq müalicə terapiyası deməkdir.

Alış-verişə çıxmaq

Картинки по запросу alış veriş yapan kadın

Tələsmədən istədikləri geyimi seçmək və istədikləri qədər paltarlara baxmaq qadınlar üçün inanılmaz fürsətdir.

Yatmaq

Картинки по запросу uyuyan kadın

Bir qadın üçün yatmaq xoşbəxt olmağın ən gözəl yollarından biridir. Kişilər üçün bu adi ola bilər. Amma qadınlar üçün   hər dəfə ələ keçməyən fürsətdir.

Vüsalə, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Sağlamlıq, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar