Qafqaz Müsəlmanları İdarəsi "seyidlik" vəsiqəsinə aydınlıq gətirdi - AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi “seyidlik” vəsiqəsinə aydınlıq gətirdi – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün sosial mediada Qafqaz Müsəlmanları İdarəsinin “seyidlik” vəsiqəsi verməsi haqda xəbər yayılıb. Hətta xəbərin düzgünlüyünü təsdiqləyən vəsiqənin fotosu da paylaşılıb.

“A24.az” QMİ-nin seyidlik vəsiqəsi verib-vermədiyini aydınlaşdırmaq üçün idarə ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətindən bildirildi ki, bunu edən şəxs səhvini boynuna alıb:

“QMİ-nin cənub bölgəsi üzrə qazısı Hacı Mirqiyas Təhməzov özü medianın qarşısına çıxaraq bunu elədiyini artıq boynuna alıb. Hətta səhv elədiyini də bildirib. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsində belə bir şey, belə bir status yoxdur. Heç belə bir şey praktivakat da olunmayıb. Amma bu adam özü elədiyi səhvini boynuna alıb. Lap dəqiq bilmək istəyirsinizsə, sualınızı birbaşa onun özünə verin ki, niyə belə edib?”

Qeyd edək ki, mövzu ilə bağlı adı çəkilən Hacı Miqrqiyas Təhməzov “unikal.org”a verdiyi açıqlamasında Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini bildirib: “Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim, bu kağızı verməzdim. Sənədi verməyimə özüm də peşman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O yalvarıb-yaxardı və bildirdi ki, həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşmanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm”.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar