Qafqaz Universitetindən “KÜTLƏVİ İXTİSARLAR” barədə AÇIQLAMA: “Onlar hazırda…”

Qafqaz Universitetinin yeni təyin edilmiş rektoru Havar Məmmədovun universitetdə ciddi kadr ixtisarlarına başladığı barədə iki gün əvvəl redaksiyamıza daxil olan məlumatlara universitetdən münasibət bildirilib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev A24.Az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirməyini bildirdi. Onun sözlərinə görə, universitetdən cəmi 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb:

“Yayılan məlumatda 20-yə yaxın müəllimin adı yazılıb. Onlar hazırda universitetimizdə işləyən müəllimlərdir. İstəsəniz, gəlib özünüz də onların işdə olması ilə tanış ola bilərsiz. Əlavə olaraq Universitetin əmrlər kitabı var, oradan da istifadə edə bilərsiniz”.

Rəcəb Rza- Universitetin mətbuat xidmətinin rəhbəri
Rəcəb Rza- Universitetin mətbuat xidmətinin rəhbəri

Qeyd edək ki, universitetdəki mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilmişdi ki, təkcə son günlərdə rektor Havar Məmmədov 20–yə yaxın işçiyə işdən çıxmaları üçün ərizə yazmalarını əmr edib. Həmin əməkdaşlar isə artıq işdən çıxarılmaları barədə ərizə yazıblar. İşdən çıxarılan işçilərin bəziləri akademik, bəziləri də idari personaldandır. 

Onu da qeyd edək ki, mənbə redaksiyamıza Havar Məmmədovun rektor təyin edilməsindən sonra universitetin 100-dən artıq əməkdaşının işdən çıxarıldığını bildirib. 

MƏSƏLƏNİ DİQQƏTDƏ SAXLAYACAĞIQ…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR