Qahirədəki aksiyalarda bir nəfər həyatını itirdi

Qahirədəki aksiyalarda bir nəfər həyatını itirdi
Want create site? Find Free WordPress Themes and plugins.

Misirin paytaxtı Qahirə daxil olmaqla 6 şəhərdə çevriliş əleyhinə nümayişlər təşkil edilib.

Bu aksiyalarda 1 nəfər ölüb, 11 nəfər də məsuliyyətə zəlb edilib. Aksiyaçılar paytaxt Qahirə ilə yanaşı Kalyubiyə, Buhayra, İsgəndəriyyə, Bəni Suveyf və Şərqiyyə şəhərlərində də bir araya gəldilər. Nümayişçilər, 2013-cü ilin iyul çevrilişinin ardından qurulan rəhbərliyin hakimiyyətdən getməsini tələb edir.

Nümayişçilər əllərində “Hərbçinin rəhbərliyinə yox”, “İkinci inqilab” yazılı plakatlar qaldırdı. Onlar, hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin seçilmiş ilk prezidenti Məhəmməd Mursi lehinə şüarlar səsləndirdi.

Təhlükəsizlik mənbələri, Qahirədəki nümayişlərdə 11 nəfərin həbs edildiyini açıqladı.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar