Qalmaqallı kosmetoloqun klinikası bağlandı - VİDEO

Qalmaqallı kosmetoloqun klinikası bağlandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetorloq Elnarə Razyevanın mərkəzi bağlanıb.

A24.Az-ın məlumatına görə, zərərçəkimşlərin vəkili Toğrul Allahyarov criminal.az saytına bildirdi ki, mərkəzin bağlanmasından bu gün xəbər tutub.

T.Allahyarov bildirdi ki, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova  küçəsi 4 ünvanında yerləşirdi. Vəkilin sözlərinə görə, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyü və qeyri-yaşayış sahəsinin icarə elnanı verilməsinin şahidi olub:

”Elnarə Rzayeva 3 ilə yaxın ”LA sisters” mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra LA sisters rəhbərli tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam”.

Məsələ ilə bağlı E.Rzayevanın mövqeyini öyrənmək mümkün olmadı.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar