“Qanun qüvvəyə minib, amma texniki işlər qalıb…”

“Qanun qüvvəyə minib, amma texniki işlər qalıb…”
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 1-ə qədər nikaha girənlərdən sağlamlıq arayışı tələb edilməyəcək

Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsi tarixi dəyişdirildi. Belə ki, Milli Məclisin Sosial Siyasət Komitəsinin bir neçə saat əvvəl keçirilən iclasındagelin-nikah-tibbi-arayish-1-300x200 Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilib. Dəyişiklik plenar iclasa tövsiyə olunub.

Bəs, qanunun icrası niyə iyunun 1-dək uzadılıb?

Bu dəyişikliyi şərh edən komitə üzvü Musa Quliyev “a24.az”a açıqlamasında deyib ki, qanun qüvvəyə minsə də, texniki məsələlərə görə vaxtı uzadılıb: “Qanun qüvvəyə minib, amma bir sıra texniki işlər qalıb. Müvafiq icra orqanları tərəfindən müəyyən mexanizmlər hazırlanmalıdır. Yəni, arayış forması, göndərişlər hazırlanmalıdır, insanların hansı tibb müəssisələrində müayinədən keçməsi müəyyənləşdirilməlidir. Eyni zamanda, tibb müəssisələrinə tapşırıqlar verilməlidir. Ona görə də iyun ayının 1-ə qədər nikaha girən şəxslərdən sağlamlıq haqqında arayış tələb edilməyəcək. İyunun 1-ə qədər isə Səhiyyə Nazirliyi müayinədən keçməyin qaydalarını, arayışın formasını, hansı xəstəliklərdən müayinə olunmağı müəyyənləşdirərək təsdiq edəcək. Nazirlər Kabineti də təsdiq qərarı verəndən sonra qanunun icrasına başlanılacaq”.

“Evlənmək istəyənlərin hansı müayinədən keçməsini təklif edirsiniz” sualına gəlincə, M.Quliyev deyib: “Yəqin ki, cütlüklər hemofiliya, talassemiya, insanın immun çatışmazlığının törətdiyi, irsi-genetik  xəstəliklərlə bağlı müayinədən keçməli olacaq”.

M.Quliyev onu da bildirib ki, sağlamlıq haqqında arayışları həm dövlət, həm də özəl tibb müəssisələrindən almaq mümkün olacaq: “Amma bu iş  dövlət vəsaiti hesabına həyata keçiriləcəyi üçün vətəndaşlar arayışı dövlət tibb müəssisələrindən pulsuz, özəllərdən isə öz vəsaitləri hesabına alacaqlar. Çünki dövlət özəl tibb müəssisələrnin işinə qarışmır”.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar