“Qanuni oğru” həbsxanada intihar etdi

“Qanuni oğru” həbsxanada intihar etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Kriminal aləmdə “Vaqon” kimi tanınan “qanuni oğru” Vladimir Vaqin Perm vilayətinin Vsesvyatski qəsəbəsindəki cəzaçəkmə müəssisəsində intihar edib. 

Bununla bağlı “Primecrime” məlumat yayıb.

Bildirilir ki, 54 yaşlı avtoritetin cəsədi dünən yerli vaxtla 22:30-da saxlanıldığı kamerada tapılıb. Əvvəllər məhkum olunmuş Vaqin “qanuni oğru” tituluna 1995-ci ildə yiyələnib.

Avtoritetlər Yuri Piçuqin (Piçuqa) və Vasili Xristofor (Voskres) ilə birlikdə Vaqon Aslan Usoyanın (Ded Xasan) dəstəsinin slavyan klanının rəhbərlərindən olub.

“O, sonuncu dəfə 2016-cı ildə polis işçisini qətlə yetirdiyi üçün həbs edilib. 2009-cu ildə isə o, “Soxo” restoranı qarşısında Daxili İşlər Nazirliyinin akademiyasının məzununu bıçaqla yaralayıb”, – məlumatda bildirilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar