“Qara bazar” yenidən canlandı

“Qara bazar” yenidən canlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Banklarda dollar satışının dayandırılması “qara bazar”da valyuta mübadiləsini bahalaşdırıb. 

“A24.az” “fins.az”a istinadən xəbər verir ki, bu gün “qara bazar”da 1 ABŞ dolları 1,9100 manata satılır.

Dolların alışı isə 1,9000 manat müəyyən edilib. Bəzi məntəqələrdə isə ABŞ valyutası, hətta 1,9300 manata satılır.

Xatırladaq ki, dekabrın sonlarında “qara bazar”da fəaliyyət göstərən bir neçə nəfərin məsuliyyətə cəlb olunmasından sonra valyuta mübadiləsi ucuzlaşmışdı.

Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi “qara bazarı” zəiflətmişdi. Ancaq yeni ildən bazar yenidən canlanıb. Valyutanın satış məzənnəsinin bahalaşması bunu deməyə əsas verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs