Qara gavalının bilmədiyiniz xeyirləri

Qara gavalının bilmədiyiniz xeyirləri
Want create site? Find Free WordPress Themes and plugins.

Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqımasında, aterosklekrozda, böyrək xəstəliyində və revmatizmdə istifadə edirdilər.

O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir. Səhər acqarına yeyilməsi məsləhətdir.

Qara gavalı kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir. Yatmazdan qabaq 5-6 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməzdən əvvəl üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz. Bel ağrısı zamanı gavalının tumunun özəyindən 25 ədəd, 250 ml arağa töküb, 7 gün saxlanılılr, hazır olduqda ağrıyan yerə sürtülür. Qəbizlikdə çaqqal gavalısı çiçəklərindən və yarpaqlarından 2 x.qaşığı 1 stəkan qaynar suda termosda 2 saat dəmlənilir, süzülür və bir dəfəyə içilir. Gavalı düzgün qurudulanda təzə gavalının xassələrini uzun müddət saxlayır.

O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı və uşaqlar quru gavalı yeməlidir.

Həmçinin ürək üçün də qara gavalı çox xeyirlidir. Həmçinin gavalı diet üçün əlverişlidir. Ən əsası odur ki, tərkibindəki boluuca maqnizium elementi dünyaya səs salan xərçəng xəstəliyinin qarşısını almaqda böyük kömək edir. Bunlarla bərabər tərkibi bol miqdarda C vitamini, immun gücləndirici, qanartırıcı, maddələr mübadiləsini gücləndirici faydası var. Şəkər, ürək, təzyiq xəstələrinə faydalıdır. Menstruasiyanı nizama salır və sidiqqovucu effekti var.

Tahirə

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar