"Qarabağ" daha bir italiyalı qapıçıya təklif göndərdi

“Qarabağ” daha bir italiyalı qapıçıya təklif göndərdi
Want create site? Find Free WordPress Themes and plugins.

 İtaliya “Verona”sından qapıçı Nikolas Andrade “Qarabağ” klubunun maraq dairəsinə düşüb.

A24.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi braziliyalı qolkiperi transfer etmək istəyilə “sarı-göylər”ə müraciət edib. 30 yaşlı qolkiperin hazırkı klubu ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda “Qarabağ” və “Verona” arasında danışıqlar gedir.

Qeyd edək ki, Nikolas Andrade hazırkı komandasında əsas heyət uğrunda Marko Silvestri ilə mübarizə aparır. “Verona” 2017-2018 mövsümündə İtaliya A Seriyasında 19-cu yeri tutaraq, B Seriyasına enib. “Qarabağ” daha əvvəl B Seriyasından “Peskara”nın qapıçısı Vinçenzo Fyorilloya təklif ünvanlasa da, mənfi cavab alıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar