Qarabağ mövzusunda Rusiyanın dediklərinə əhəmiyyət veririk

Qarabağ mövzusunda Rusiyanın dediklərinə əhəmiyyət veririk
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın səylərinə böyük əhəmiyyət verdiyini söyləyib.

“A24.az”ın məlumatına görə, 11 iyunda Rusiya günü vəsiləsi ilə çıxış edən Nalbandyan “Rusiyanın səyləri nəticəsində 1994-cü ilin 12 may tarixində Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzaladı. Və beləcə tərəflər arasında yaranmış gərginliyi siyasi səviyyədə normallaşmasını təmin etdi” deyib.

Nazir, Azərbaycanın hər zaman atəşkəsi pozduğunu, 2016-cı ilin aprel ayında isə Ermənistana qarşı döyüşün başladığına baxmayaraq, Ermənistanın Rusiya və digər ölkələrin prezidentləri ilə vəziyyəti normallaşdırmaq istiqamətində səy göstərməyə davam etdiyini söyləyib.

Nalbandyan Qarabağ probleminin sülh yolu ilə həll olunması məqsədi ilə görüşlər zamanı irəliləyiş əldə etmək üçün iş gördüklərini də sözlərinə əlavə edib.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar