"Qarabağ" "Sportinq"ə qarşı - YENİLƏNDİ

“Qarabağ” “Sportinq”ə qarşı – YENİLƏNDİ
Want create site? Find Free WordPress Themes and plugins.

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

“Sportinq” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 0:0 (Birinci hissə)
Hakimlər
: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon “Joze Alvalade” stadionu.

22:24

Avropa Liqasının qrup mərhələsinin ilk turunda saat 23:00-da başlayacaq “Sportinq” – “Qarabağ” oyunu üçün start heyətlər açıqlanıb.

Qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək.

Zədəsini bərpa edən Miçel isə ehtiyat oyunçular skamyasında yer alıb.

Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb.
A24.Az UEFA-nın saytına istinadən bildirir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

Sportinq: 19. Romen Salin, 4. Sebastyan Koates, 8. Bruno Fernandes, 9. Markos Akuna, 10. Fredi Montero, 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luis Nani (k), 21. Rafinya, 22. Jeremi Matye, 86. Nemanya Qudel.

Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andre Pinto, 18. Karlos Mane, 23. Abdulay Diabi, 25. Radosav Petroviç, 76. Bruno Qaspar, 77. Covane Kabral.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov,

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Miçel, 9. Araz Abdullayev, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov.

07:25

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

A24.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz “Qarabağ” da ilk oyununa çıxacaq. Ağdam təmsilçisi səfərdə “Sportinq”in qonağı olacaq.

Lissabon təmsilçisi bu mövsüm ÇL-də debüt matçında çıxırsa, “Qarabağ” bu mərhələyə qədər 8 rəqiblə üz-üzə gəlib.

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. “Sportinq” (Portuqaliya) – “Qarabağ” (AZƏRBAYCAN)
Hakimlər
: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon “Joze Alvalade” stadionu.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar