"Qarabağ" türk mediasını yenə silkələdi: "Atletikodöyən Qarabağ"

“Qarabağ” türk mediasını yenə silkələdi: “Atletikodöyən Qarabağ”
Want create site? Find Free WordPress Themes and plugins.

“Qarabağ” futbol klubunun “Atletiko Madrid”lə  həm ev həm də səfər oyununda uğurlu nəticə əldə etməsi,  türk mətbuatının gündəmindən düşmür.

A24.Az xəbər verir ki, Türkiyənin “Sabah” qəzetində “Atleticosavar Karabağ” (“Atletikodöyən Qarabağ”) başlıqlı yazı yayımlanıb.

Yazıda qeyd olunub ki, Azərbaycan təmsilçisi ilk dəfə qatıldığı Çempionlar Liqasında, ispan rəqibi “Atletiko Madrid”ə iki matçda boyun əymədi.

“1993-cü ildə çempion oldu, sonra erməni ordusunun regionu işğal etməsiylə stadionu dağıdılan və Bakıya gələn “Qarabağ” Futbol Klubu, faciəli hekayəsini 24 il sonra Avropa meydanlarında elan edir. Qarabağın işğalı dövründə uşaq olan Qara Qarayevin yer aldığı komanda, ölkənin futbol əfsanəsi Qurban Qurbanovun rəhbərliyi altında adını Çempionlar Liqasına yazdırarkən bununla kifayətlənməyib, İspaniyanın “Atletiko” Madrid klubunun qarşısını kəsərək, həm Azərbaycan, həm də İspaniyada məğlubedilməz olaraq diqqətləri cəlb edib.Baş məşqçi Qurban Qurbanovun 2008-ci ildən atdığı addımlarla komandanın bu uğuru Azərbaycan futbolu üçün ilkdir. Qarabağ Azərbaycanda “Atletiko”yla 0-0, İspaniyada 1:1 oynamaqla hər oyunda 1 xal qazanıb.“Qarabağ” azarkeşi, İspaniyada komandalarını tək qoymadı.“Məcnun bilsəydi Qarabağ var, Leylini sevməzdi” pankartıyla da komandalarına sevgilərini göstərdi”- deyə “Sabah” qəzetində qeyd olunub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar