A24 Xeber

“Qarabağ” “Vorskla” səfərində

“Qarabağ” “Vorskla” səfərində
595
08 Noyabr 2018 - 13:15

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

A24.Az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən “Qarabağ” səfərdə “Sportinq”ə (0:2), Bakıda isə “Arsenal” (0:4) və “Vorskla”ya (0:1) məğlub olub.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. “Vorskla” (Ukrayna) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00.”Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00