Qarabağda şəhid olan 17 kütahyalı…

Qarabağda şəhid olan 17 kütahyalı…
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı yazar Gülsüm Adilqızı Qarabağda erməni təcavüzkarlarına qarşı döyüşlərdə şəhid olan 17 kütahyalı türkün həyatını qələmə alacaq.

“A24.az”ın əldə etdiyi məlumata görə, G.Adilgızı növbəti kitabını həmin şəhidlərə həsr etmək istədiyini deyib: “Onlar “biz bir millət iki dövlətik” deyərək Azərbaycanda şəhid olublar. Mən 17 Türk şəhidi tanımaq üçün gəlmişəm. 24-cü kitabımı bu şəhidlərə həsr etmək istəyirəm”.

Erməninələrin törətdikləri Xocalı soyqırımı və Rus işğalı ilə bağlı 23 kitab yazan Gülsüm Adilgızı “şəhid ailələri ilə görüşdükdən sonra onların istəklərini nəzərə alaraq kitabları yazdım” deyib.

İndi isə o, 17 kütahyalı türkün də həyatını qələmə almağa hazırlaşır. Kütahyadan olan 17 nəfərin Azəbaycanda ermənilərə qarşı döyüşdüyünü, burada şəhid olduğunu öyrəndiyini ifadə edən Adilgızı sözlərini belə davam etdirib: “Bu günlərdə məni Kütahyaya dəvət etdilər. Şəhidlərimizlə əlaqəli böyük bir yığıncaq reallaşdırıldı. Yığıncaqda mənə izah etdilər ki, Kütahyada 17 türk Azərbaycanın Qarabağ bölgəsində şəhid olub. Onlar “biz bir millət, iki dövlətik” deyərək orada şəhid olublar. Bunu bir neçə gün əvvəl yığıncaqda mənə söylədilər. Mən 17 türk şəhidi tanımaq üçün gəldim. 24-cü kitabımı bu şəhidlər üçün yazmaq istəyirəm. Onların ailələriylə görüşmək istəyirəm”.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar