“Qarabağ”ın Çempionlar Liqasında növbəti mərhələyə çıxmaq şansı qalıb

“Qarabağ”ın Çempionlar Liqasında növbəti mərhələyə çıxmaq şansı qalıb
Want create site? Find Free WordPress Themes and plugins.

AZ RU
“Atletiko” “Roma”nı yensə və ya “Qarabağ” qrupdan necə çıxır?

11:00 01-11-2017 FUTBOL 7474

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” 1/8 final şanslarını qoruyub.
A24.az-ın Apasport.az-a istinadəm məlumatına görə, yarışın əsas mərhələsinin debütantı olan Azərbaycan çempionunun qrupdan çıxması üçün nəzəri şanslarının qalmasında Madriddəki bərabərliyi rol oynayıb.

Çünki Ağdam təmsilçisi səfərdə uduzsaydı, indidən Çempionlar Liqasına “əlvida” deyəcəkdi. Amma hazırda 2 xalı olan Qurban Qurbanovun yetirmələri möcüzə sayəsində mübarizəni qitənin ən nüfuzlu klub turnirində də davam etdirə bilər.

Bunun üçün təkcə “Qarabağ”ın hər iki görüşdə qələbə qazanması da yetərli deyil. “Çelsi”ni evdə, “Roma”nı səfərdə yensə, komandamızın italiyalılar kimi 8 xalı olacaq. Mərhələ adlamaq üçün çempionumuzun gözü digər iki matça yönələcək.

Öz oyunlarını udsa, “Qarabağ” üçün əsas məqsəd “Roma”, “Çelsi” və “Atletiko”dan ikisini keçməkdi. Bunun gerçəkləşməsi üçün bir neçə variant mümkündü. 3 xalı olan “Atletiko”nun 2 matçdan ən azı birində qalib gəlməsi Azərbaycan klubunun 1/8 finala yolunu aça bilər.

“Atletiko” öz meydanında “Roma”yla qarşılaşmada xal itirib (heç-heçə və ya məğlubiyyət), Londonda qalib gəlsə, italiyalılar 1-ci, “Qarabağ” 2-ci olacaq.

Madrid klubu “Roma”ya qalib gəlib, “Çelsi”ylə heç-heçə etsə, 3 komanda – Azərbaycan, İtaliya və İngiltərə çempionları 8 xalla qrupu başa vuracaq. Bu vəziyyət şəxsi oyunlarda daha zəif nəticə göstərən “Çelsi”ni qrupda saxlayacaq, ağdamlılar isə 1/8 finala çıxacaq.

İspaniya klubu “Roma”ya qalib gəlib, “Çelsi”yə uduzsa, və ya “Atletiko” 2 qələbə qazansa, “Qarabağ”la “Roma” 8 xalla 2-ciliyi bölüşəcək. Belə vəziyyətdə təmsilçimiz romalıları 2 və ya daha top fərqilə, ya da 3-dən çox qol vurub, minimal üstünlüklə udmalıdı.

Əslində, bu variantlar müəyyən qədər inandırıcı sayıla bilər. Bu nəticələrə ümid edən “Qarabağ” özü də qələbələri sıralasa, möcüzə baş verəcək və çempionumuz 1/8 finalda oynayacaq.

Amma qrupdan növbəti raunda yüksəlmək şansları elə qarşıdakı V turda da bitə bilər. “Qarabağ” “Çelsi”ni Bakıda uda bilməsə, Çempionlar Liqasında şansını itirəcək. Bakı Olimpiya Stadionundakı məğlubiyyət Avropa Liqasına vəsiqə verən 3-cü yer şansının itməsi ilə də nəticələnə bilər. Çünki “Atletiko” öz meydanında “Roma”nı məğlub etsə, xal hesabını 6-ya çatdıracaq və 3-cü yer bizim üçün əlçatmaz olacaq.

Qeyd edək ki, hazırda “Roma”nın 8, “Çelsi”nin 7, “Atletiko”nun 3, “Qarabağ”ın 2 xalı var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar