Qax Mərkəzi Rayon Xəstəxanası yandı – FOTO

Qax Mərkəzi Rayon Xəstəxanası yandı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Günorta saatlarında Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın hadisəsi baş verib.

A24.Az  xəbər verir ki, xəstəxananın ikinci mərtəbəsində, Cərrahiyyə şöbəsi müdirinin otağında baş verən yanğın nəticəsində ümumi sahəsi 15 kv.metr olan otaq və otağın içərisindəki əşyalar təmamilə yanıb.

Yanğın güclü olmadığından, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər, tibb işçilərinin səyi nəticəsində qarşısı alınıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanan əşyalar xəstəxanadan çıxarılıb.

Yanğın zamanı xəstəxanada müalicə olunan xəstələrdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, yanğın zamanı otaq bağlı olub və şöbə müdiri otaqda olmayıb. (Report)

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar