Qaya duzunun möcüzəsi- Saçlarınız daha həcmli, dişləriniz daha bəyaz, dəriniz daha təravətli

Qaya duzunun möcüzəsi- Saçlarınız daha həcmli, dişləriniz daha bəyaz, dəriniz daha təravətli
Want create site? Find Free WordPress Themes and plugins.

Qaya duzu, mətbəxdə istifadə etdiyimiz duzun xam halıdır. Təbiətdə ağ, qəhvə rəngində olur. Emal olunmamış hada olduğu üçün mətbəxdə istifadə etdiyimiz duza nəzərən daha faydalıdır. Bəs, bu duzun hansı faydaları var?

A24.Az qaya duzunun faydalarını sizin üçün araşdırdı:

Qaya duzu həzm sistemini rahatlaşdırır və həzm sistemindəki problemlərin aradan qalxmasına kömək edir.

Hər şeydən əlavə təbii ağrıkəsicidir. Sümük ağrısı, əzələ ağrısı və remmatizma ağrılarının aradan qaldırılmasında istifadə olunur.

Dolğun və həcimli saçlara sahib olmaq istəyənlər də qaya duzundan faydalana bilər. Qaya duzunu saçlarınıza sürtüb bir az gözləyin. Daha sonra yuyun.

Qaya duzunu gənclik məhlulu da hesab etmək olar. O, yaşlanma əlamətlərini azaldan ən önəmli maddələrdən biridir.

Stressiz yaşamaq nə qədər az mümkün olsa da, streslə mübarizədə ən yaxşı vasitədir.

Qaya duzunu isti suda əridib buxarını burnunuza çəkərək nəfəs yolarını aça bilərsiniz. Eyni zamanda, su ilə qarqara edərək boğaz ağrılarını da yüngülləşdirmək mümkündür.

Qaya duzu iştah artırıcı xüsusiyyətə də malikdir. Eyni zamanda mədəni qoruyur və mədədə yarana biləcək problemlərin də qarşısını alır.

Dəri təmizliyi üçün də kifayət qədər faydalı olan qaya duzundan pilinq kimi də istifadə etmək olar. Dərinizi ölü hüceyrələrdən təmizləyir, məsamələri sıxlaşdırır və dərini daha dözümlü edir.

Qaya duzu ilə dişlərinizi ağarda və su ilə qarışdırıb ağız spreyi kimi də istifadə edə bilərsiniz.

Son olaraq, yuxu problemi yaşayanlar qaya duzu ilə vanna qəbul edərək bədəndəki ağırlığı aradan qaldıra və rahat yata bilər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Maraqlı, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar