Qayalıqda şəkil çəkdirmək istəyi gəncə baha başa gəldi - VİDEO

Qayalıqda şəkil çəkdirmək istəyi gəncə baha başa gəldi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Avstraliyanın Sidney şəhərində məşhur Uedinq Keyk qayalağında şəkil çəkdirmək istəyən iki gənc ölümlə üzləşib. 

a24.az” ATV-yə istinadən bildirir ki, ayağı sürüşən avstraliyalı qayalıqdan aşağı yıxılıb. Bu vaxt onu yaxalamağa çalışan dostu də gənclə birgə  aşağı düşüb.

Gənclər onlarla metr hündürlükdən aşağıdakı daş parçalarına çırpılsaydı, böyük ehtimalla ölümdən xilas ola bilməyəcəkdilər. Amma bəxtləri gətirən gənclər, qayalığın üst hissəsində, nisbətən maili vəziyyətdə olan oyuğa düşüblər. Ordan çıxmağa çalışmaq belə, yenidən yıxılıb ölməyə səbəb ola bilərdi. Odur ki, gənclər saatlarla xilasedicilərin əraziyə gəlməsini gözləyib.  Kifayət qədər çətin yerdə olduqlarından  əraziyə helikopter də  cəlb edilib.

Kadrlarda  gənclərdən birinin yıxıldıqdan sonra kəllə-beyin travması aldığı öz əksini tapır. Çətinliklə onu  xilas edən xilasedicilər yaralı gəncə ilkin tibbi yardım göstərdikdən sonra, onu xəstəxanaya çatdırıb.

Qeyd edək ki,   gərgin  xilasetmə əməliyatının yaşandığı  Kral Milli Parkı Sidneyin ən məşhur turizm obyektlərindən biridir. Burdakı əsrarəngiz qayalıqlarda  şəkil çəkdirmək üçün hər il  yüz minlərlə insan bu parka axın edir.

https://youtu.be/cfj4L3_nj1E

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar