"Qaynanamız" efirə qayıda bilər - ŞƏRT

“Qaynanamız” efirə qayıda bilər -ŞƏRT
Want create site? Find Free WordPress Themes and plugins.
““Qayınanamız” teleserialındakı qanun pozuntuları aradan qalxsa, serial efirə qayıda bilər”.

a24.az“ın məlumtına görə, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib. O bildirib ki, “Qayınanamız” teleserialı efirdə yayımlanacağı təqdirdə, əvvəllər müşahidə olunan qanun pozuntuları bir daha təkrarlanmamalıdır. Şöbə müdiri qeyd edib ki, teleserialda efirin tələbləri yenidən pozulsa, Şura teleserialın yayımını bir ay müddətinə dayandıracaq.

Qeyd edək ki, MTRŞ Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin və “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı “ATV” telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31-12.31 arasında yayımlanan “SOY” Prodakşn tərəfindən hazırlanan “Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq “Qayınanamız” serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar