A24 Xeber

Qazaxıstanda azərbaycanlı alimə elmi dərəcə verildi

Vidadi Salahov Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb

Qazaxıstanda azərbaycanlı alimə elmi dərəcə verildi
392
20 Yanvar 2016 - 11:15

Qazaxıstanda ilk dəfə olaraq azərbaycanlı alim Tarix Akademiyasının akademiki seçilib.

Tarix elmləri doktoru, professor Vidadi Salahov Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb. Qeyd edək ki, bu qurum 2008-ci il mayın 5-də yaradılıb. Dövlət Tarixi İnstitutunun və Akademiyanın yaradılmasının əsas məqsədi Qazaxıstanın dövlət tarixinin sistemli və nəzəri öyrənilməsidir. Bu istiqamətdə aparılan araşdırmalarda elmi-analitik və ekspert dəstəyi verilir. Bu baxımdan azərbaycanlı alimin də xidmətləri yüksək qiymətləndirilib.

Vidadi Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunda anadan olub. 1983-cü ildə Rusiya Federasiyasının Voronej Dövlət universitetinin tarix fakültəsini bitirib. 2001-ci ildə Almaniyanın Hannover Humanitar Akademiyasının magistr dərəcəsi təhsilini başa vurub. 2005-ci ildə həmin Akademiyada tarix elmləri doktoru dərəcəsinə layiq görülüb. Bir neçə kitabın və elmi məqalələrin müəllifidir.

12491798_1240020472680174_8233950295140040406_o

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00