Qazprom: Şimali Koreyadan Cənubi Koreyaya gedəcək qaz kəməri layihəsi təxirə salındı

Qazprom: Şimali Koreyadan Cənubi Koreyaya gedəcək qaz kəməri layihəsi təxirə salındı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın enerji şirkəti olan “Qazprom”un rəsmiləri, Rusiyadan çıxıb Şimali Koreya ərazisindən keçərək Cənubi Koreyaya çatması planlaşdırılan qaz kəmərinə dair təxirə salınan danışıqların yenidən başladığını söyləyib.

A24.Az xarici emdiaya istinadən xəbər verir ki, “Qazprom”un idarə heyətinin sədr müavini Vitaliy Markelov, sözügedən qaz boru kəməri haqqında danışıqların ilk olaraq 2011-ci ildə başladığını amma Pyongyang ilə Seul arasında artan gərginlik səbəbindən danışıqların təxirə salındığını deyib.

Şimali Koreya lideri Kim Jong və Cənubi Koreyalı Mun Jae bir araya gəldiyi görüşdə Şimali Koreyanın nüvə silah proqramını təxirə alması, sülh sazişi aparılması və müharibə səbəbilə ayrılan ailələrin birləşdirilməsi istiqamətində qərarlar qəbul olunmuşdu. Qazprom ilə Cənubi Koreyanın enerji şirkəti Kogas arasında 2011-ci ildə imzalanmış yol xəritəsinə görə isə, Rusiyadan Cənubi Koreyaya uzanacaq qaz boru kəməri min kilometr olacaq və bunun 700 kilometresininse Şimali Koreyadan keçəcəkdi. Layihənin 2.5 milyard dollara mal olması gözlənilirdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar