"Qəbələ" Albaniya millisinin futbolçusunu transfer edib

“Qəbələ” Albaniya millisinin futbolçusunu transfer edib
Want create site? Find Free WordPress Themes and plugins.

 “Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

A24.Az “Report”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib.

O, 2012-ci ildən 2018-ə qədər “Skenderbeu”da oynayıb. Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubok, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015 və 2017-ci illərdə ölkəsində “İlin futbolçusu” seçilib.

Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi bu komandada 16 oyun keçirib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar