"Qəbələ"nin təklifi çox cəlbedici oldu" - Deyv Bultuis

“Qəbələ”nin təklifi çox cəlbedici oldu” – Deyv Bultuis
Want create site? Find Free WordPress Themes and plugins.

“Nürnberq” artıq 4-cü ildir ki, II Bundesliqada çıxış edir. Mən gələcək karyeramı düşünürəm. Bu səbəbdən klubla yollarımı ayırdım”.

A24.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferi Deyv Bultuis deyib.

Hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb: “Həyatımda yeni macəra yaşamaq istəyirəm. “Qəbələ” Avropa Liqasında çıxış edəcək. Bu turnirdə uzun müddətdir oynamıram. Üstəlik, “Qəbələ”nin maliyyə şərtləri çox cəlbedici idi. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda düşünməliyəm. Məhz bu səbəbdən Hollandiya klublarının təkliflərini rədd edib, “Qəbələ”yə keçdim”. (Qol.az)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar