qebirstanliq

Qəbiristanlıqlarda əvvəlcədən yer götürmək qadağan olunacaq

“Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq”.

“A24.az” “report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: “Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər üçün qəbiristanlıq salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq”.

M.Qurbanlı bildirib ki, layihədə qəbiristanlıqda əvvəlcədən yer götürmək qadağan olunacaq:

“Yalnız şəxsin vəsiyyətinə əsasən, kişidirsə, xanımının, xanımdırsa, həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR