Qəddafi haqqında bilmədiyimiz – 10 FAKT

Muəmmar Qəddafi 41 il Liviyanı idarə edib.
O, 2011-ci ilin oktyabr ayına qədər, yəni ölümünə qədər ölkəsi üçün bir çox yeniliyə imza atıb. Qəddafi dəfələrlə Afrika ölkələrinin iqtisadiyyatını birləşdirərək möhkəmləndirmək istəyib.
A24.Az  Qərb mətbuatının işıqlandırmaq istəmədiyi 10 faktı oxucuları ilə bölüşür.
1. Liviyada mənzil hüququ insanın təbii hüququ idi
Qəddafinin “Yaşıl Kitab”ına əsasən mənzil insanın və ailənin əsas ehtiyacıdır. Heç kəsin ona aid olan mənzil üzərində heç bir hüququ yoxdur. Liviya liderinin bu siyasi-fəlsəfi görüşü ilk dəfə 1975-ci ildə dərc edilib.
2. Təhsil və səhiyyə xidmətləri pulsuz idi
Qəddafi hakimiyyət illərində ərəb və Afrika dünyasında ən yaxşı səhiyyə sistemini qurmuşdu. Bundan başqa, ölkələrində istədikləri təhsili və tibbi xidməti əldə edə bilməyən Liviya vətəndaşlarına ölkə sərhədlərindən kənarda problemlərini həll etmək üçün vəsait verilirdi.
3. Qəddafi dünyanın ən böyük suvarma layihəsini həyata keçirib
Dünyanın ən böyük suvarma sistemi Liviyada reallaşdırılıb və ölkənin bütün ərazisi su ilə təmin edilib. Sistem Qəddafi hökuməti tərəfindən maliyyələşdirilib və “dünyanın səkkizinci möcüzəsi” adlandırılıb.
4. Liviyada kənd təsərrüfatı biznesi üçün bütün şərait qurulmuşdu
Əgər Liviyada kimsə fermer təsərrüfatı qurmaq istəsəydi, bütün şərait var idi. Ona ev, torpaq sahəsi, mal-qara, səpin üçün toxum heç bir vergi ödəmədən verilirdi.
5. Yeni doğulan körpələrə yardım
Liviyada körpə dünyaya gətirən qadın həm özü, həm də övladı üçün 5 min dollar həcmində yardım ala bilirdi.
6. Elektrik enerjisi pulsuz idi
Liviya vətəndaşları elektrik enerjisindən pulsuz istifadə edirdi. Dövlət vətəndaşlara elektrik enerjisini pulsuz verirdi.
7. Ucuz benzin
Qəddafinin hakimiyyət illərində Liviyada bir litr benzin cəmi 14 sentə satılırdı.
8. Təhsil səviyyəsi artmışdı
Qəddafinin hakimiyyətinə qədər Liviya əhalisinin cəmi 25 faizi savadlı idi. O, savadlılıq dərəcəsini 87 faizə qədər artırdı. Ölkə əhalisinin 25 faizinin universitet diplomu var idi.
9. Liviyanın dövlət bankı var idi
Liviya dünyada tamamilə dövlətə məxsus banka sahib yeganə dövlət idi. Vətəndaşlar banka müraciət edib faizsiz ssuda götürə bilərdilər. Bundan başqa, Liviyanın xarici borcu yox idi.
10. Qızıl dinar
Qəddafi ölümünə qədər Afrikada vahid pul, qızıl dinarı tədavülə buraxmağa çalışırdı. “Afrika birləşmiş ştatları” termini ilk dəfə Markus Qarvey tərəfindən ortaya atılmışdı və Qəddafi onun izi ilə gedirdi. Muəmmar vahid Afrika pulunun, qızıl dinarın istifadəsinıə can atırdı. Bu üsul isə dünya iqtisadiyyatını xaosa sürükləyə bilərdi. Afrika ölkələri bu vasitə ilə kasıblıq və borc bataqlığından çıxa bilərdi. Onlar bahalı xammalı sataraq problemlərini həll edə bilərdilər. Afrika dövlətləri xarici ekspluatasiyaya yox deyərək, təbii ehtiyatlarına uyğun qiymət qoya bilərdi. Deyilənlərə görə, qızıl dinar məsələsi NATO tərəfindən hazırlanan qiyamın əsl səbəbi olub və nəticədə Liviya lideri öldürülüb. // Ölkə.Az//

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR