Qəddar ər arvadını öldürmək üçün kislotalı qəhvə içirtdi - FOTO

Qəddar ər arvadını öldürmək üçün kislotalı qəhvə içirtdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulda arvadını səhər çağı qonaq etdiyi kislotalı qəhvə ilə zəhərləyib öldürməyə çalışan ər üçün dövlət ittihamçısı tərəfindən ömürlük həbs cəzası istənilib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda 3 uşaq anası olan 32 yaşlı Qürbət E.-nin həyat yoldaşı Çingiz E. ilə aralarında anlaşılmazlıq yaşanıb. 39 yaşlı ər həyat yoldaşı Qürbət E. ilə davamlı olaraq dalaşır və onu döyürmüş. Cütlük son dəfə qısqanclıq üzündən yenidən dalaşmağa başlayıb. Qürbət E. onu hər kəsə qısqanan ərindən boşanmaq istədiyini bildirib. Boşanma istəyinə görə, Çingiz E. həyat yoldaşından intiqam almağa qərar verib.

Belə ki, səhər tezdən oyanan ər arvadı üçün qəhvə hazırlayıb. Yataqdan qalxan Qürbət E. ərinin hazırladığı qəhvəni içib. Lakin bu zaman qadının ağzı və dili yanıb. İçdiklərini qaytarmağa başlayan gənc qadının ağzından köpük gəlib. Əri tərəfindən xəstəxanaya aparılan gənc qadının zəhərləndiyi aşkarlanıb. Qadın müalicə olunduqdan sonra ərinin onu öldürmək üçün zəhərlədiyini öyrənib. Baş verənlərlə bağlı araşdırma aparılıb və qadının həyat yoldaşı sorğu-sual olunub.

Çingiz E. verdiyi ifadəsində boşanmaq istəyən arvadına əsəbləşdiyi üçün bu cinayəti işlədiyini deyib. Həyat yoldaşını öldürməyə təşəbbüs edən Çingiz E. İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən tutularaq həbsxanaya göndərilib.

Aparılan araşdırmalar zamanı qəhvənin içərisindəki maddənin kislota olduğu təsbiq edilib. Hadisə ilə bağlı psixoloqların iştirakı ilə uşaqların da fikri alınıb. Uşaqlar atalarının daim analarını öldürəcəyini dediyini bildirib. Beləliklə, əvvəlcədən düşünülərək adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Kriminal, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar