"Qələvi mühit xərçəngdən qoruyurmu?" - Həkimdən açıqlama

“Qələvi mühit xərçəngdən qoruyurmu?” – Həkimdən açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Qələvi mühit xərçəngi önləyir, ancaq xərçəngi sağaltmır.

A24.Az xəbər verir ki, bu barədə uroloq həkim Vasif İsmayıl öz facebook hesabında məlumat paylaşıb.

Vasif İsmayıl: “Qələvi mühit xərçəngdən qoruyurmu?

Camaat sağlam qalmaq istəyir. İlk baxışdan sağlam, həkimə getmədən ölmək istəyir.

Öz seçimidir.

Bu gün yanıma 85 yaşında bir həkim gəlmişdi. Prostat xərçəngi diaqnozu qoyulmuşdu.

Bir müddət mənə çay sodası içərək xərçəngi “sağaltdığını”, daha doğrusu “zəiflətdiyini” isbat etməyə çalışdı.

Bir az kobud davrandım:

-Doktor, hansı dərmanı istifadə etdiniz?

Bir az dirəndi. Sonra dedi:

-Zoladex.

Doktor, sizi Zoladex sağaldıb. Daha doğrusu sağaldır. Çay sodası niyə?

Bir şeydə haqlı idi. Çay sodasl bədəndə mühiti qələviləşdirir.

Qələvi mühitdə xərçəng yaranmaqda çətinlik çəkir.

Amma yarandıqdan sonra öz ətrafında turş mühit yaradır, özünü qoruyur.

Qələvi mühit xərçəngi önləyir.

Qələvi mühit xərçəngi SAĞALTMIR.

Özünüzü aldatmayın.

Xərçəng diaqnozu qoyulmadan bədəni qələviləşdirən tədbirlər görün.

Göyərti yeyin.

Çox su için.

Çoxlu yatın.

Az ət yeyin.

Az çay için.

Az əsəbləşin.

Çörəyi, düyünü, kartofu azaldın, şəkəri kəsin.

Çoxlu limon yeyin.

Çox seks ilə məşğul olun və gülün.

İ “vsyo”.

Çay sodası kimi dadsız məhlul nəyinizə lazımdır?

O ki sağaltmır.”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar