Qətər ABŞ-dan 12 milyardlıq döyüş təyyarəsi alacaq

Qətər ABŞ-dan 12 milyardlıq döyüş təyyarəsi alacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Qətər hökuməti ABŞ ilə 36 ədəd F-15 qırıcı təyyarəsinin alınmasına dair razılığa gəlib.

“A24.az”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Qətərin müdafiə nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, 12 milyard dollarlıq sazişə Pentaqon rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri iyunun 14-də imza atıb. 2016-cı ilin noyabrında ABŞ Dövlət Departamenti Qətərə 72 ədəd F-15 qırıcı təyyarələrin satılması barədə qərar qəbul edib. Razılaşmanın məbləği 21,1 milyard dollar təşkil edib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ rəsmi Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan daha bir neçə ölkə Qətərlə diplomatik münasibətləri kəsib.

İyunun 9-da isə ABŞ prezidenti Donald Tramp Qətəri terrorizmi maliyyələşdirməkdə günahlandırıb. “Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya  sponsorluğu dayandırmalıdırlar”, deyə D.Tramp bildirib. (APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar