Qətər böhranı bitir? - 4 ərəb ölkəsi razılığa gəlmək üzrədir - ŞƏRTLƏR

Qətər böhranı bitir? – 4 ərəb ölkəsi razılığa gəlmək üzrədir – ŞƏRTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Artıq 2 ayı tamam olan Qətər böhranında Səudiyyə Ərəbistanı da başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir yeni bir bəyanat verib.

A24.Az xəbər verir ki, 4 ərəb ölkəsi, Doha rəhbərliyinin terrorizmlə mübarizədə xoş niyyətli olduğu halda dialoqa hazır olduqlarını bildirib. Ölkələrin xarici işlər nazirləri Bəhreynin paytaxtı Ammanda bu gün böhranı müzakirə edirlər.

Qətərə embarqo tətbiq edən ölkələr daha əvvəl 13 maddəlik tələb siyahısı təqdim edib və həmin siyahı Doha tərəfindən rədd edilib. Tələb siyahısında Türk hərbi bazasının bağlanması da olub.

Qətər əleyhinə blok sonradan siyahını yumşaltsa da  istədiyi nəticəni əldə edə bilməyib.

ABŞ-dan gələn son mesajlara əsaslansaq Vaşinqton böhranın bitməsini gözləyir.

Türkiyə isə böhranın yarandığı gündən bəri Qətərə dəstək verən ən önəmli ölkə mövqeyindədir.

Vüsalə, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar