Qətərdən 4 ərəb ölkəsinə bədxəbər: Məhkəməyə verir

Qətərdən 4 ərəb ölkəsinə bəd xəbər: Məhkəməyə verir
Want create site? Find Free WordPress Themes and plugins.

Qətər höküməti blokadaya alındığı üçün iqtisadiyyatına dəyən zərərin kompensasiyasını tələb edəcək. 4 ərəb ölkəsinin dəstəklədiyi blokadaya görə şirkətlərinə dəymiş ziyan geri ödənilməlidir.

A24.Az xəbər verir ki, bu bəyanatla qətərli prokuror Əli Əl Marri çıxış edib.

O qeyd edib ki, blokada nəticəsində biznesmenlər, banklar zərər gördü. Zərəri kim vurubsa, o da kompensasiya ödəməlidir.

Xatırladaq ki,  iyunun 5-də Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Liviya, Maldiv, Mavriki, Qəmər adaları, Mavritaniya Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edib və bu ölkə ilə diplomatik əlaqələri kəsib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar