Qeysəriyyə əməliyyatları artıb - VİDEO

Qeysəriyyə əməliyyatları artıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb.

“A24.az” ATV.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2014-cü illə (168 889 doğuş) müqayisədə 2015-ci ildə Azərbaycanda doğuşların sayı 164 614-ə ensə də, qeysəriyyə əməliyyatı artıb.

2014-cü ildə Azərbaycanda 30 561 qeysəriyyə əməliyyatı olduğu halda, 2015-ci ildə bu rəqəm 50,33 faiz yüksələrək 45 942-yə çatıb.

Ötənilki doğuşların 111 599-u təbii doğuşla olub.

Keçən il ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı 2014-cü ildəki göstəricidən (18,1) 27,9-a yüksəlib.

Ümumilikdə son illər ərzində qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. 2005-ci ildə ölkədə 7 491, 2010-cu ildə 22 746, 2011-ci ildə 25 960, 2012-ci ildə 30 794, 2013-cü ildə 28 954, 2014-cü ildə 30 561, 2015-ci ildə 45 942 qeysəriyyə əməliyyatı olub.

https://youtu.be/A54pxl22Tw4

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar