Qəzaya uğrayan “TU-154”-lə bağlı qəribə iddia

Rusiyalı mütəxəssis: “Çox güman ki, “TU-154” qəzadan əvvəl hər hansı maneə ilə toqquşub”.

“A24.az” xəbər verir ki, Rusiyanın Birləşmiş Aviasiya Koordinasiya Mərkəzinin keçmiş rəhbəri Vitali Andreyev, Qara dənizdə “TU-154” təyyarəsinin qəzadan əvvəl yardım çağırışını göndərməyə mane olan gözlənilməz vəziyyətin yaranma ehtimalının olduğunu qeyd edib.

tupolev-tu-154-03

Aviasiya sahəsində böyük təcrübəyə malik olan Andreyev deyib: “Havaya qalxdıqdan və iki dəqiqəlik qısa uçuşdan sonra təyyarənin hər hansı problem haqqında ismarış göndərmədən radardan itməsi, təyyarədə gözlənilməz vəziyyətin yaranmasını göstərir. Onlara ya kənardan müəyyən təsir edilib, ya da buna qədər heç zaman rast gəlmədikləri mane ilə toqquşublar. “TU-154” çox etibarlı təyyarədir. Hətta üç mühərriki sıradan çıxdıqda da qəzaya uğramır, normal eniş edir. Bu təyyarə Sibirdə uzun müddət istifadə edilməyən eniş zolağına da enib. “TU 154” təyyarəsinin qara qutusu 99,99% qəza səbəblərini göstərəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR