QİÇS və talassemiya daşıyıcısı cütlüklərin sayı açıqlandı - STATİSTİKA

QİÇS və talassemiya daşıyıcısı cütlüklərin sayı açıqlandı – STATİSTİKA
Want create site? Find Free WordPress Themes and plugins.

İyun ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 41 nəfərdə sifilis, altı nəfərdə isə QİÇS aşkar edilib.

BunuA24.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktorun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11 min 911 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“305 nəfərdə, altı cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.

Zöhrə Əlimirzəyeva bildirib ki, 2018-ci ilin altı ayı ərzində 66 min 384 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“1923 talassemiya daşıyıcısı, 146 nəfər sifilis, 69 nəfərdə isə QİÇS aşkar edilib. 28 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Altı ay ərzində 32 hamilə qadın perinatal müayinəyə gedib. Uşaqlardan yeddisində xəstəlik, 17-də isə talassemiya aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 430 min 668 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“15 min 997 nəfərdə talassemiya daşıyıcısı, 1479 nəfərdə sifilis, 351 nəfərdə isə QİÇS aşkar edilib. 159 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır./Oxu.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar