Qida məhsullarının keyfiyyətinə nəzarət güclənir - VİDEO

Qida məhsullarının keyfiyyətinə nəzarət güclənir – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu sahədə nəzarəti daha da gücləndirəcək. Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazir arıçılara veriləcək subsidiyalar haqqında da danışıb. O, qeyd edib ki, hər arı yeşiyinə görə 10 manat subsidiya nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsullar üzərində nəzarəti tam həyata keçirməyə imkan verəcək. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Nazirin sözlərinə görə, əvvəllər bir neçə qurum tərəfindən həyata keçirilən nəzarət indi vahid mərkəzdən idarə ediləcək…

Heydər Əsədov arıçılığın inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlərdən də danışıb. O, qeyd edib ki, arıçılar üçün subsidiyanın verilməsini nəzərdə tutan sənədlər artıq bütün iqtisadi qurumlarla razılaşdırılıb və yaxın günlərdə Prezident administrasiyasina təqdim olunacaq.

Kənd təsərrüfatı naziri Heydər Əsədov soğanın qiymətinin yüksəlməsinə də münasibət bildirib. Nazir soğanın hazırki qiymətinin norma çərçivəsində olduğunu vurğulayıb.

Bu arada, kənd təsərrüfatı nazirliyinin növbəti kollegiya iclası keçirilib. İclasda qarşıya qoyulan hədəflər və mövcud problemlərdən danışılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar