Qida təhlükəsizliyi funksiyası yeni agentliyə veriləcək - VİDEO

Qida təhlükəsizliyi funksiyası yeni agentliyə veriləcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Bir neçə qurumdan qida təhlükəsizliyi funksiyaları alınaraq vahid mərkəzdə cəmləşəcək”. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində lazım olan hüquqi baza, sənədləşmə artıq başa çatıb.

Əli Əhmədov bildirib ki,”Qida Təhlükəsizliyi Agentliyi yeni bir qurumdur və onun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda insanların sağlam qida ilə təmin edilməsi istiqamətində addımlar atılması çox böyük əhəmiyyət kəsb edir. Vəzifə bölgüsü, hansı qurumlardan hansı səlahiyyətlərin alınması ilə bağlı iş aparılır.

Baş nazirin müavinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi öz funksiyaları çərçivəsində nəzarət işini həyata keçirəcək:

Yeri gəlmişkən prezident İlham Əliyev bir neçə ay əvvəl Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzalamışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar