Qırmızı bibər ƏSRİN XƏSTƏLİYİNƏ dərman imiş 

Qırmızı bibər ƏSRİN XƏSTƏLİYİNƏ dərman imiş
Want create site? Find Free WordPress Themes and plugins.

Yaşıl bibərdən daha şirin və yetkin olan qırmızı bibər yalnız yeməkləri dadlandırmaz, eyni zamanda da bədəniniz üçün möhtəşəm faydalar təmin edər.

Araşdırmalara görə, qırmızı bibər yaşıldan çox daha faydalıdır və daha çox qida maddəsi ehtiva edir.

A24.Az xəbər verir ki, bu tərəvəzlər bişirilə bildiyi kimi, çiy də yeyilə bilər. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı Çili istiotunun tərkibinə ağrıkəsici maddələr daxildir.

Qırmızı bibərin sağlamlığınıza faydaları:

– Qırmızı bibər xərçənglə mübarizədə ən böyük köməkçilərinizdən biridir. İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir.

– Qırmızı bibər antioksidantlar baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır.

– Asanca kilo vermənizi təmin edər. Bu tərəvəzlər bədən istiliyini artırar və oksigen ehtiyacı yaradar. Bu sayədə kilo vermək daha asan bir hala gəlməkdədir.

– Qırmızı bibərin içərisində olan A vitamini gözlərə, dəriyə və immun sisteminə yaxşı gəlir.

– B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə köməkçi olur.

– E vitamini hüceyrələrin ziyan görməsinə mane olur və bu sayədə xərçəng potensialını azaldır, qocalmanı ləngidir.

– Qırmızı bibərdə C vitamini və kalium da bol miqdarda var. C vitamini immun sistemini gücləndirir, kalium isə ürək əzələsinə müsbət təsir edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar