Qızıl amnistiya BAŞLAYIR: 7000-ə yaxın məhkum AZADLIĞA ÇIXIR

Qızıl amnistiya BAŞLAYIR: 7000-ə yaxın məhkum AZADLIĞA ÇIXIR
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin bu gün keçirilən iclasında prezidentin ötən il imzaladığı cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamına əsasən qanunvericilikdə bir sıra cəzaların dekriminallaşdırılmasından sonra qanunvericiliyin icrasına münasibət bildirilib.

A24.Az-ın Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin çıxışına istinadən bildirir ki, cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinin mahiyyətinə görə 15 cinayət dekriminallaşdırılırdı, 300-ə yaxın əlavə və dəyişiklik mövcud idi.

Komitə sədri qeyd edib ki, bu layihədə 52 cinayətdə zərərçəkmiş şəxslə barışmaq, mülkiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərlə bağlı ziyanın müvafiq olaraq bir neçə misildə ödənilməsi şərti cəzadan azad etmə yer alırdı: “Ötən il dekabr ayının 1-dən qüvvəyə minən bu dəyişikliklərə əsasən, indiyə qədər icra ilə bağlı vəziyyət belədir: Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4 000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən 479 məhkum həbsdən azad edilib. 585 məhkumun həbs cəzasının müddəti azaldılıb. 465 məhkum isə – hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub – onlar da azad ediliblər. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib.

Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur.

Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, daha 1500-ə yaxın məhkum azad ediləcək, minlərlə məhkumun cəzası bu və ya digər formada yüngülləşdiriləcək.

Xatırlayırsınızsa, amnistiya ilə bağlı qanunları da qəbul edərkən rəqəmlər təxminən buna oxşar olurdu. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, cənab prezidentin bir il bundan əvvəlki sərəncamına əsasən, qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən amnistiya haqqında qanunun tətbiqinə bərabərdir. Bununla da, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqini amnistiya səviyyəsində qiymətləndirmək mümkündür”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar