Qızlarda sadistliyin səbəbləri - Qadınlar kişilərə niyə təcavüz edir?

Qızlarda sadistliyin səbəbləri – Qadınlar kişilərə niyə təcavüz edir?
Want create site? Find Free WordPress Themes and plugins.

Cəmiyyətdə normal davranan, bizdən fərqlənməyən, bizdən biri  qəflətən elə  iş tutur ki, qalırsan mat-məəttəl. 21-ci əsrin əvvəlləri, ən böyük sivilizasiyanın mərkəzində belə, qadın tək başına küçəyə çıxmağa, yad kişinin önündən keçməyə belə  qorxacaq hala gəlib.

Məsələ bununla da bitmir, qəpiyin iki üzü olduğu kimi, hər iki cinsdə də bu cür anormal davranışlar müşahidə olunur.

Qadınlarda nadir hallarda rast gəlinən nemfomaniya da bu haldan bəhs edir.

Nemfomaniya qadınlarda şiddətli cinsi istək mənasına gəlir. Nemfoman qadın ilə, həddən artıq hissiyyatlı, ya da cinsi istəkləri güclü olan qadınları qarışdırmaq olmaz. Nemfomanlar, çox zaman sosial təzyiqləri və qaydaları heçə saya bilir.

Onun üçün tək bir məqsəd var, o da önünə gələn kişiylə yatmaq.

Nemfoman öz şəxsiyyətinə uyğun olmasa belə, hər təbəqədən, hər yaşda kişiyə “hə” deyir.

Qədim Roma İmperiyasında, Klausisin həyat yoldaşı, Messalinanın hər gecə başqa kişi ilə yatdığı, bu səbəbdən geyimini dəyişdirib xalqın arasına qarışdığı haqqında məlumat tarixin səhifələrində var. Bu səbəbdən “Messalina kompleksi” adlandırılan nemfomaniya qadının həyat yoldaşına, ya da sevdiyi kişiyə istəkli olması mənasına gəlmir.

Hər nə qədər tarixdə bu cür hekayələri ilə romanların və filmlərin əsas mövzu obyekti olan kleopatralar, messalinalar, bu davranışların örnəklərini nümayiş etdirsələr də, kütlə, cəmiyyət daxilində nemfomanların sayı çox deyil.

Normal qadın bioloji olaraq həyat yoldaşına bağlı olmalıdır. Ən azından cəmiyyət bu cür tələb edir. Ərini sevən qadın onun yanında xoşbəxt və təhlükəsiz hiss edir.  Ərinə bağlılığın verdiyi tabeolma, bağlılıq, qadınların psixologiyasına uyğundur. Sevdiyi kişiyə, qadının etməyəcəyi fədakarlıq yoxdur.

Lakin nemfoman qadının qayda tanımayan cinsi tələbatları onu bu səbəbdən çətin vəziyyətlərə salır. Belə ki, cinsi istək krizi yaşayan və bunun qarşısını ala bilməyən qadın davranışlarını idarə edə bilmir. Hətta bu qadınlar arasında tanımadığı kişilərin qarşısına keçib, onu özüylə yatmağa təhrik edən nemfomanlar da görülüb.

Hər halda, hələ ki cəmiyyətdə, hələ Azərbaycan cəmiyyətində bu məsələ elə də qloballaşdırılıb gündəmə gətirilməyib. Çünki, ortada konkret fakt yoxdur ki, xanım Y cənab X-i zorlayıb.

Amma məsələnin əksi bütün dünyada həyəcan təbillərini vurmaqdadır.

Cənab X-lər, xanım Y-ləri niyə zorlayır?

Kişilərdə hiperseksuallıq

Bu cür insanların sayı bir deyil, beş deyil, on deyil…

Yaşadıqları mədəni və sosial qaydaları heçə sayaraq hərəkət edən bu insanlar,  bir çox qadınla, hətta kişi ilə əlaqəyə girmək istəyirlər. Bu da şiddətli cinsi istək- Hiperseksuallıqdı.

Hiperseksuallıq iki səbəbdən meydana gəlir:

Biri fiziki səbəblərdən dolayı; müxtəlif hormonal və beyin xəstəliləri, uyuşdurucu maddə, çox dərman qəbul etmək kimi səbəblərdən meydana gəlir.

İkincisi psixoloji səbəblərdən dolayıdır.

Fiziki problemlərin yol açdığı hiperseksuallıq müalicə edilə bilər, lakin psixoloji səbəblərdən yaranan bu halı aradan qaldırmaq üçün uzunmüddətli psixoterapiyaya ehtiyac var.

Şəxsiyyət problemləri

Bu şəxslərin xarakterləri incələndiyi zaman ortaya çıxan ümumi faktlar:

Uşaqlıq illərində ehtiyacları olan sevgi və qayğı mühitini yaşaya bilmədikləri üçün  bu tip zorlama davranışları nümayiş etdirirlər. Bu duyğu kişilərdə uşaqlıqdan gəlir və özgüvən azlığından qaynaqlanır. Hər zaman özlərini sübut etmək, güclərini qadın üzərində nümayiş etdirmək və hər zaman yeni qadınlar “fəth etmək” ehtiyacı dururlar. Bu cür problemlərə uşaqlığında pis xatirələri çox olan, parçalanmış ailə mühitində böyüyən insanlarda daha çox rast gəlinir.

İnkişaf etmiş ölkələrdə yox, daha çox inkişaf etməkdə olan ölkələrdə və daha çox mədəniyyətin az inkişaf etdiyi ölkələrdə yaşanır. Çünki, mədəniyyətin aşağı olduğu ölkələrdə insanların işdən başqa məşğul olacağı, zövq alacağı demək olar heç nə yoxdur. Kinoya getmək, kitab oxumaq, təşkilatlarda könüllü fəaliyyət göstərmək və sair. Bu səbəbdən də cinsəllik çox ciddi məsələ olaraq həmişə diqqət mərkəzində olur.

Bu tipli insanlar öz daxili şəxsi məsələlərini bir növ seks vasitəsilə izolyasiya edir, bir neçə qadınla cinsi əlaqədə olmaqla, yaxud zorlamaqla cinsi güclərini qabardaraq sərgiləyirlər. (Sərgiləyəcək başqa heç nələri olmadığı üçün.)

İqtisadi amillər

Önəmli məsələlərdən biri də, iqtisadi səviyyədən irəli gəlir. Şiddətli cinsi istək, hər sosial iqtisadi səviyyədə, hər gəlir səviyyəsində olan insanlarda görülə bilər. Ancaq, araşdırmalar bu tiplərin sosial-iqtisadi baxımdan aşağı səviyyədə olan kişilər arasında daha çox rast gəlindiyini göstərir.

Əsas müşahidə olunan xüsusiyyətlər

Bu tip kişilərdə müşahidə olunan xüsusiyyətlərdən biri də, özlərini böyük gördükləri, və ya bağlılıq yaradacaq biri olduqlarını da düşünmələridir.

Ümumi ruh vəziyyətlərində hər zaman gərginlik və əsəbilik sezilir. İşlərinə diqqət cəmləməyə çətinlik çəkirlər.  Bu cür şəxslər hər zaman həyatlarında narazılıq hiss edərlər.

Problemin həlli və müalicəsi:

Əvvəlcə bu şəxslərə psixoloji dəstək və terapiya lazımdır.  Etdikləri davranışın əslində nə olduğunu dərk etməli, bu daranışın onların şəxsiyyətini ucaltmadığını, onları daha güclü göstərmədiyini, əksinə zəif və iradəsiz göstərdiyini dərk etmələrinə yardım etmək lazımdır.

İkinci mərhələdə isə, bu davranışların altında yatan niyyətləri, şüuraltındakı artıq düşüncələri psixoterapiya ilə aradan qaldırmaq lazımdır.

Psixoloqlar bu tip insanların hətta dərman qəbuluna belə ehtiyacları olduqlarını bildirirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar