Qobustanda hadisə: kişinin üzərinə qaynar qır dağıldı

Qobustanda hadisə: kişinin üzərinə qaynar qır dağıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü yerli sakin Şıxəliyev Mirəli Nurəli oğlu evinin damına qır verərkən huşunu itirərək yerə yıxılıb və qaynar qır onun üzərinə dağılıb.

Zərərçəkmiş ailəsi tərəfindən ilk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə vəziyyəti ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, M.Şixəliyev sağ bud nahiyəsinin arxa ətrafları və sağ ayaq nahiyəsinin II, III dərəcəli termiki yanığı ilə şöbəyə daxil olub, hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar