Qolf topu yığmaqla milyon qazandı - VİDEO

Qolf topu yığmaqla milyon qazandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Florida ştatında yaşayan Qlen Berqer kifayət qədər bəsit görünən ideya və işlə milyonlarla dollar pul qazanıb.

Amerikalı gənc qəribə zənginlik metodu ilə xəbər başlığına çevrilib. 14 il əvvələdək sadə vətəndaşlar kimi çörək pulu qazanmaq üçün saatlar işləyən bu şəxsin ağılına gələn maraqlı ideya onun həyatını dəyişib.

İllər öncə çox işləsə də çox qazana bilmədiyini görən Qlen qolf meydançalarında gölün dibinə dalaraq ora düşən topları çıxarmağa qərar verib. Həmin topları klublara yenidən satmaqla xərcə düşmədən gəlir əldə edən amerikalı bir gün qazancının milyon dolları keçəcəyini ağlına belə gətirməzdi. Amma bu baş verib və Qlen bu toplar sayəsində ildə 1 milyon dollardan çox pul qazanmağa başlayıb.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=s70rCrvwdB0

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar