Qonşu ölkədə siqaretin qutusu 70 manata qalxdı

Qonşu ölkədə siqaretin qutusu 70 manata qalxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra  ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu  siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə  təqribən 20 dollar və ya 34 azərbaycan manatı deməkdir.

A24.az virtualaz.org-a istinadən bildirir ki, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki prezident Qurbanqulu Berdıməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha.

Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə söcdələşirlər və onlardan siqareti qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar